Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dəstək olan "Pilgrim EDU" Təhsil Mərkəzinin nailiyyətləri durmadan artır. Əlbətdə ki, gənclərə ölkə xaricində təhsil almaq üçün yüksək şərait yaratmaq bir növ şirkətin dəsti-xəttini nümayiş etdirir.
Sözün həqiqi mənasında azərbaycanlı gənclərin xaricdə təhsil alması üçün əsas maneələrindən biri məhz maddi çatışmazlıqlardır. Bu cür çətinlikləri dəf etmək, onların üzərindən gəlmək üçün mümkün yollardan biri universitetlər tərəfindən təklif edilən təqaüd proqramlarının imkanlarından yararlanmaqdır. Digər tərəfdən dövlətimiz tərəfindən təsis edilmiş xaricdə təhsil üzrə dövlət proqramı da gənclərin xaricdə təhsil alması üçün gərəkli maliyyə yardımı almasının təminatçısıdır. Lakin onu da qeyd edək ki, bu proqramın özünəməxsus tələbləri və xüsusiyyətləri də var.
Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin edir.
Ötən yazılarımızda qeyd etmişdik ki, qəbul alan tələbələrimizi çox hörmətli izləyicilərə tədqim etməkdə davam edəcəyik.
1) Türkan Rəsulzadə- Friedrich-Alexander-Universitat Erlangen-Nürnberg
2) Nihad Cabbarov- Queen Mary London University
3 )Nihad Həmidli- Manchester University
4) Rübabə Aslanova- The University of Edinburgh
5) Emilya Alblooshi- University College London
6) Raul Abdullayev- Maastricht University
"Pilgrim EDU" Təhsil Mərkəzi