Azərbaycan xalqının milli dirçəliş dövrünə qədəm qoyması, dövlət və dövlətçilik dəyərlərinin formalaşması, milli şüurun oyanışı və özünüdərk prosesində milli mətbuatın rolu böyük və əvəzolunmazdır.
Azərbaycanın mətbuat tarixi Həsən bəy Zərdabinin 1875-ci ildə yaratdığı “Əkinçi” qəzetinin nəşri ilə başlamış və qəzetin ilk sayının ışıq üzü gördüyü gün-22 iyul hazırda Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.
Cəmi 2 il fəailiyyət göstərən qəzet maarifçi ideyaların carçısı olmuş, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərç etmiş, milli özünüdərkin, ictimai,siyasi və bədii fikrin inkişafına,mütərəqqil jurnalist nəslinin yetişməsinə önəmli töhfə vermişdir.
“Əkinçi” Azərbaycan dilində əsil milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyub.Cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası olub,Azərbaycan jurnalistikasının bayraqdarına çevrilib. Ancaq əfsuslar olsun ki, qəzetin ömrü uzun sürməyib.Çar Rusiyası qəzetin insanlar maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasında oynadığı rolundan çəkinərək nəşrini dayandırıb.Buna baxmayaraq, o dövrün maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai,siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.“Əkinçi”dən sonra onun ənənələrini davam etdirən çoxsaylı nəşrlər dövrün vətənpərvər ziyalılarını,maarifcilərini eyni məslək ətrafında bilrləşdirərək, milli oyanış prosesinin aparıcı vasitələrindən biri kimi, ümummilli məqsədlərin gerçəkləşməsində mühim rol oynamışlar.
Ötən illər ərzində Azərbaycan mətbuatı böyük,keşməkeşli yol keçərək bugünki inkişaf səviyyəsinə çatmışdır.1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə bütün sahələrdə olduğu kimi mətbuatın da inkişafında əsaslı dönüş yarandı.Ən önəmli məqamlardan biri kimi həmin dövrdə ümummilli liderin şəxsi səyləri nəticəsində dilimizə olan ögey münasibətin qaldırılması qeyd olunmalıdır.Ulu öndərimizin birbaşa təşəbbüsü ilə 1978-ci ildə qəbul olan Azərbaycan Sovet Sosialist Respublikasının konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması inqilabi təkana səbəb oldu.Belə ki, bundan sonra Azərbaycan dilində nəşr olunan qəzetlərin sayı artırıldı,televiziyada verlişlərin Azərbaycan dilində yayımı genişləndi. Bütün bu proseslər müstəqillik illərində də davam etdirilərək Azərbaycan mətbuatının dünya standartları səviyyəsinə yüksəlməsinə gətirib çıxardı.
1993-cü ildən başlayaraq Ümumi Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura,söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış,medianın fəaliyyətini təmzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyin gücləndirilməsi,vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədi ilə ardıca tədbirlər görülmüşdür.Bu yeni inkişaf dövrünün təməlini qoyan Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, KİV-nin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib.Ulu Öndər deyirdi: Jurnalist əməyi qeyri-adi əməkdir.Böyük səy,zəhmət,cəsurluq,hünər,fədakarlıq,öz peşəsinə vurğunluq tələb edən əməkdir.
Ümumi Lider xarici ölkələrə səfərləri,eləcə də ölkəmizdə keçirilən mötəbər tədbirlər zamanı media nümayəndələri ilə söhbət edir, onlara müsabiqələr verir, öz fikirlərini bölüşürdü. Heydər Əliyevin mətbuat nümayəndələrinə səmimi münasibəti onları daha həvəslə işləməyə,peşələrinin sirlərinə dərindən yiyələnməyə,eyni zamanda cəsarətli olmaqa sövq edirdi.
2003-cü ildən Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi mətbuata diqqət və qayğıda da özünün aydın ifadəsini tapıb.2008-ci ildə “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövət Dəstəyi Konsepsiyası”nın qəbul edilməsi mətbuatın inkişafına göstərilən diqqət və qayğının ən bariz nümunəsidir.Azərbaycanda kütləvi informasıya vasitələrinin inkişafı,jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması hər zaman dövlət başçısının diqqət mərkəzində olduğuna görə,KİV-lərə birdəfəlik yardımlar göstərilmiş, mətbuat işçilərinin sosial müdafiəsi gücləndirilməsi tədbirləri həyata keçirilmişdir.Həmçinin bu istiqamətdə həyata keçirilən bir çox mutərəqqi addımlar,fərman və sərancamlar milli mətbuatımızın inkişafına xidmət edən reallıqlardır.Atılan hər bir addım qalib,bütövləşən Azərbaycanın mətbuatının inkişafına,fəaliyyət istiqamətinin genişləndirilməsinə xidmət edir.
Ötən dövr ərzində müstəqil siyasi kursun qətiyyətlə və ardıcıl həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişafı təmin edilmiş, qarşıda duran strateji vəzifələr uğurla gerçəkləşdirilmişdir. Azərbaycan Vətən müharibəsində şanlı Zəfər qazanaraq və unikal antiterror əməliyyatı ilə hərb tarixinə yeni səhifə yazaraq, ərazi bütövlüyünü və suverinliyini tam bərpa etmişdir.Müharibə dövründə mediamız əsl vətənpərvərlik,həmrəylik nümunəsi ortaya qoymuş,haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xususi səy göstərmiş, milli ordumuzun,əsgər və zabitlərimizin rəşadəti,qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratmışdır.
Dövlət başçısının qeyd etdiyi kimi bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq və beynalxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır.Lakin dünya nizamının dəişikliklərə məruz qaldığı.siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəailiyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısına yeni vəzifələr müəyyənləşdirir.Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqamsallaşma,süni intellekt,dezinformasiya, saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf persipektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Eyni zamanda, media müasir tendensiyaları nəzəra almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı,ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişiklərlə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır.
İnanırıq ki,uzun və şərəfli tarixə malik olan Azərbaycan mətbuatı öz qarşısında duran bütün vəzifələrin,missiyaların öhdəsindən laiyiqincə gələcək. Milli jurnalistikamız bundan sonra da inamlı şəkildə irəliləyəcək və daha böyük nailiyyətlərə imza atacaqdır.