Dəmir yumruq » Sosial » Bu avtomobil nömrələri ləğv olundu - Rəsmi
Sosial / Cəmiyyət / Bugün, 07:15

Bu avtomobil nömrələri ləğv olundu - Rəsmi

 

Yeni hazırlanmış dövlət qeydiyyat nişanlarında çip elementlərinin tətbiqi nəzərdə tutulmur.
Demiryumruq.az xəbər verr ki, çiplər vaxtilə nəqliyyat vasitələrinə dair məlumatların elektron qaydada ötürülməsi və identifikasiyası məqsədilə nəzərdə tutulsa da, Mərkəzi İnformasiya Sisteminin yenilənməsi, eləcə də müasir radar, kamera və nömrə tanıma sistemlərinin təkmilləşdirilməsi nəticəsində bu funksionallıq artıq daha səmərəli və müasir texnoloji üsullarla həyata keçirildiyindən çiplərin tətbiqinə zərurət qalmayıb.
Hazırda təqdim edilən dövlət qeydiyyat nişanları bütün texniki, təhlükəsizlik və keyfiyyət standartlarına tam cavab verir.
Qeyd edək ki, bu yenilik yalnız yeni verilən dövlət qeydiyyat nişanlarına aiddir və mövcud nömrə nişanlarının dəyişdirilməsinə ehtiyac yoxdur.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.