Dəmir yumruq » Siyasət » Sərhədlərin açılması üçün heç bir maneə yoxdur - PAŞİNYAN
Siyasət / Bugün, 07:57

Sərhədlərin açılması üçün heç bir maneə yoxdur - PAŞİNYAN

 

Ermənistanla Türkiyə arasında sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması artıq yalnız zaman məsələsidir.

Demiryumruq.az xəbər verir ki, bunu Parisdə keçirilən 8-ci Sülh Forumunda Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Paşinyanın sözlərinə görə, hazırda iki ölkə arasında bu prosesin qarşısında ciddi maneə yoxdur.

“Heç bir əhəmiyyətli maneə qalmayıb. Sadəcə, zaman lazımdır”, - deyə o vurğulayıb.

Ermənistan baş naziri dəqiq tarix göstərməsə də, gələcəkdə Ankara və İrəvanın siyasi və iqtisadi əməkdaşlıq quracağına əminliyini ifadə edib.

“Elə bir vaxt gələcək ki, Ermənistan və Türkiyə normal qonşulara çevriləcək”, – Paşinyan əlavə edib.

O, həmçinin bölgədə yaranmış yeni reallığa diqqət çəkib: “Bizdə sülh var və bu, reallıqdır. Bu, təkcə Azərbaycanla münasibətlərimizdə deyil, bütövlükdə region üçün tarixi dəyişiklikdir”.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.