Cənubi Koreya millisinin qapıçısı Kim Sın Gyu dünya çempionatından sonra ailəsinə xüsusi hədiyyə ilə qayıtmaq istədiyini bildirib.
QOL.az “The Korea”ya istinadən xəbər verir ki, 35 yaşlı qolkiper DÇ-2026-nın ilk turunda Çexiya üzərində qazanılan 2:1 hesablı qələbədən sonra duyğusal açıqlama verib.
O, mundiala yollanarkən həyat yoldaşının doğuş ərəfəsində olduğunu deyib:
“Həyat yoldaşım və qızıma qarşı böyük günahkarlıq hiss edirəm. Onların yanında ola bilmədim. Buna görə də bu dünya çempionatında yaxşı nəticə qazanmaq və Koreyaya onlar üçün möhtəşəm bir hədiyyə ilə qayıtmaq istəyirəm”.
Qeyd edək ki, təcrübəli qapıçı mundial üçün millinin düşərgəsinə qoşulduğuna görə qızının dünyaya gəlməsi anında ailəsinin yanında ola bilməyib.
Cənubi Koreya millisi ilk turdan sonra A qrupunda 3 xalla ikinci pillədə qərarlaşıb.