Dəmir yumruq » Sosial » "Yelo Bank"a sanksiya qoyulub?
Sosial / Bugün, 10:25

"Yelo Bank"a sanksiya qoyulub?

 “Yelo Bank”la bağlı hər hansı problem görmürük.

Demiryumruq.azxəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.
O vurğulayıb ki, Avropa İttifaqının sanksiya paketinə “Yelo Bank”ın daxil edilməsi anlaşılmazlığın nəticəsidir:
"“Yelo Bank”ın Rusiya sisteminə qoşulması Rusiya-Ukrayna münaqişəsindən əvvələ təsadüf edib. O sistem də artıq bağlanıb. “Yelo Bank” həm likvidlik, həm də kapital adekvatlığı baxımından kifayət qədər dayanıqlıdır. Sadəcə bank tərəfindən ödənişlərdə hansısa çətinliklər ola bilər".
O qeyd edib ki, səbəbləri araşdırmaq üçün müvafiq instansiyalara müraciət ediləcək. “Ümid edirik ki, növbəti aylarda Aİ qərarını dəyişəcək. Çünki bunun üçün səbəb yoxdur” - AMB sədri əlavə edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.