Dəmir yumruq » Sosial » Bu halda işçilərin əmək müqaviləsinə XİTAM VERİLƏCƏK
Sosial / Bugün, 11:57

Bu halda işçilərin əmək müqaviləsinə XİTAM VERİLƏCƏK

 

Milli Məclisin plenar iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub.

Musavat.com-un məlumatına görə, layihədə tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsaslarına əlavələrin edilməsi nəzərdə tutulur.

Qanun layihəsinə əsasən, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq, əmək müqaviləsinə aşağıdakı hallarda da xitam veriləcək:

tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən, narkoloji xəstə olan şəxslə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə və ya belə peşə növləri və vəzifələr üzrə əmək münasibətləri dövründə tibbi müayinə (tibbi yoxlama) zamanı şəxsin narkoloji xəstə olması müəyyən edildikdə;

işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində sağlamlıq haqqında tibbi arayışı olmayan şəxslə əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə, belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən hallarda.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq sonuncu oxunuşda qəbul edilib.

E.Paşasoy


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.