Yeddi aya yağan yağış iki gündə yağdı -Zaur Mikayılov
İntensiv yağışlar yağdığına görə, 27-28 mart tarixlərində yağan yağışların miqdarı 143 mm-dir. Bu illik yağan normanın 60 faizi demək idi.
Demiryumruq.az xəbər verir ki, bu sözləri Xəzər TV-də yayımlanan "Cavabdeh" adlanan müsahibədə ADSEA-nın sədri Zaur Mikayılov bildirib.
"Düşünün ki, yeddi aya yağan yağış iki gündə yağırsa, kanalizasiya xətləri indikindən yüz dəfə böyük olmalıdır", - agentlik sədri qeyd edib.