Gənclər və idman naziri Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib.
Portuqaliyada olan müxbirinin verdiyi məlumata görə, seçkilər 29-cu Avropa Gimnastika Konqresi çərçivəsində Portuqaliyanın Albufeyra şəhərində keçirilib.
Fərid Qayıbov hazırkı seçkilərdə yeganə namizəd olub və 44 səsdən 44-nü qazanıb.