Dəmir yumruq » Cəmiyyət » Azərbaycanda bu sürücülər də imtahan verəcək
Cəmiyyət / Dün, 10:35

Azərbaycanda bu sürücülər də imtahan verəcək

 

Avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə imtahanlar təşkil olunacaq.
 
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
 
Bildirilib ki, imtahanlarda iştirak etmək üçün ümumilikdə 313 (beynəlxalq yükdaşıma – 105, operatorların məsul şəxsləri – 15, ölkədaxili sərnişin daşıma - 67, ölkədaxili yük daşıma - 126) nəfər qeydiyyatdan keçib.
 
İmtahanın keçirilməsi üçün 4 imtahan rəhbəri, 21 nəzarətçi və 3 buraxılış rejimi əməkdaşı ayrılıb.
 
Avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin imtahanı DİM-in elektron imtahanlar korpusunda keçiriləcək.
 
Beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin imtahanı isə DİM-in elektron imtahanlar korpusunda və Naxçıvan şəhəri, 4 saylı orta məktəbdə, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi imtahanları DİM-in elektron imtahanlar korpusunda (Bakı ş.,Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə keçiriləcək.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.