Azərbaycan atmosferə tullantıların azaldılması üzrə bir sıra qlobal təşəbbüslərə qoşulub.
Bunu bu gün "Caspian Hydrogen Development Group" şirkətinin sədri Teymur Abbasov "Yaşıl" hidrogen və bərpa olunan enerji" adlı tədbir zamanı deyib.
Onun sözlərinə görə, "Caspian Hydrogen Development Group" bərpa olunan enerji, xüsusilə hidrogen istehsalına diqqət yönəldir.
"Qaradağdakı layihə daha çox bərpa olunan enerji istehsal etməyə imkan yaradacaq. Biz bu enerjini sənaye, nəqliyyat, kənd təsərrüfatı kimi sahələrdə istifadə edə bilərik", - deyə o bildirib.