Xəbər lenti
Dəmir yumruq » Manşet » Prezident İlham Əliyevin Avropa İttifaqına verdiyi mühüm mesajlar
Manşet / Siyasət / 29-11-2022, 07:28

Prezident İlham Əliyevin Avropa İttifaqına verdiyi mühüm mesajlar

Prezident İlham Əliyevin Avropa İttifaqına verdiyi mühüm mesajlar

25 noyabr 2022 ci ildə Prezident İlham Əliyev ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı Fransanın anti-Azərbaycan və sülh prosesinə zərbə vuran davranışları barədə danışıb.
Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, iqtisadi inkişafımızın əsas amillərindən biridir. İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da, daxili siyasətimiz sayəsində əmələ gəlmişdir.
Fransa Milli Assambleyasında qəbul olunan anti-Azərbaycan qətnamələrdən daha çox Frankofoniya Təşkilatının Bakıya qarşı aqressiv mövqe sərgiləməsi diqqət çəkir. Çünki Fransa hakimiyyəti ermənipərəst olduğu üçün ölkənin təsisatları da prezident Emmanuel Makronun diktəsi ilə Azərbaycana qarşı qərarlar qəbul edirlər. Frankofoniya Təşkilatına daxil olan dövlətlərin əksəriyyətinin isə nəinki Ermənistanla mədəni və siyasi bağları, ümumilikdə, Cənubi Qafqazla yaxından-uzaqdan əlaqəsi yoxdur.
Frankofoniya Təşkilatının məqsədi və hədəfləri nədir?
Frankofoniya termini 1887-ci ildən istifadə edilməsinə baxmayaraq, Beynəlxalq Frankafoniya Təşkilatı 1970-ci ildə Mədəniyyət və Texniki Əməkdaşlıq Agentliyi adı altında yaradılıb. BFT fransız dili ana dili hesab olunan, əhalisinin əksəriyyətinin fransız dilində danışan (keçmiş fransız müstəmləkələri) və fransız mədəniyyətinə böyük bağlılığı olan ölkələri özündə birləşdirən təşkilatdır.
20 il öncə Avropa İttifaqı qurumlarının sənədlərinin 34% fransız dilində dərc olunurdusa, hazırda bu rəqəm xeyli azalıb (Avropa Komissiyasının sənədlərinin 3.7%, Avropa Parlamentinin isə 12%). Fransız dili əsasən Afrika-Hind Okeanı və Yaxın Şərq regionu ölkələrinin təhsil dilidir. Fransız məktəblərində təhsil alan tələbələrin 80%-i Afrika qitəsində cəmləşib. BFT-nin ümumilikdə 84 üzvü var. Onlardan 54 dövlət tamhüquqlu üzv (o cümlədən Ermənistan, Vanuatu, Qvineya-Bisau, Kabo Verde, Saint Lucia və s), 4 assosiativ üzv (Kipr, Qana, Qətər, Yeni Kaledoniya), 26-sı isə müşahidəçi statusuna malikdir. Bu dövlətlərin bütövlükdə 1.2 milyard əhalisi var. Təşkilatın şüarı “bərabərlik, tamamlama, həmrəylik”-dir.
Bundan başqa, təşkilatın mandatına 4 bənd, o cümlədən, “sülh, demokratiya, insan hüquqlarının təşviq edilməsi” daxildir.
Göründüyü kimi, Frankofoniya Təşkilatının Ermənistanla heç bir tarixi, siyasi və mədəni bağı yoxdur. Amma buna baxmayaraq, BFT-nin 19-20 noyabr tarixlərində Tunisin Cerba şəhərində keçirilən XVIII sammiti Fransa və Ermənistanın Azərbaycana qarşı növbəti dəfə təxribat ilə yadda qaldı. Fransa müstəqil ölkələrə siyasi təzyiq göstərərək, hətta şantaj edərək onların suverenliyini pozub, üzv dövlətlərin mövqeləri nəzərə alınmadan, sənəd layihəsi Zirvə görüşünə təqdim edilib.
üclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və siyasətimizin proqnozlaşdırılması mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Bununla yanaşı, Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin daxildə etdikləri də vacibdir. Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri müzakirə olunmalıdır. Təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq. Ölkəmizin coğrafi mövqeyinin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməsindədir. İki qitənin ortasında yerləşirik və bu bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir.İndi dəmir yolları əlaqələrimizə, yol infrastrukturumuza baxdıqda biz Azərbaycanda hər şeyin hazır olduğunu görürük. İndi Azərbaycan qatarların, yük qatarlarının sürətini artırmaq üçün yeni dəmir yolları tikir.
Azərbaycanda hava limanları layihələrinin tamamlanması prosesi gedir. Laçın hava limanı hazır olandan sonra, - hansı ki, işğaldan azad edilmiş ərazilərdə üçüncü hava limanı olacaq, - Azərbaycanda beynəlxalq hava limanlarının sayı doqquza çatacaq. Bu, təkcə sərnişin daşımaları üçün yox, həm də yük daşımaları üçündür.
İkinci Qarabağ müharibəsi zamanı və bu müharibədən sonra biz İran təmsilçilərinin heç bir fəaliyyətini görmədik. Biz, sadəcə olaraq, inklüziv ssenarinin lazım olduğunu bildirdik, ona görə də İran və Gürcüstan da dəvət olundu. Gürcüstanın tərəddüdləri var. İran bunu dəstəklədiyini bildirib və biz bunu yaxşı əlamət hesab edərək düşünürdük ki, nəhayət bir araya gələrək dəhlizlər də daxil olmaqla, mühüm məsələləri həll edəcəyik. Ermənistanın İranla dəmir yolu əlaqəsi qurmağının yeganə yolu Azərbaycandan keçir. Çünki Ermənistan-İran sərhədinin coğrafiyası və tunellərin tikilməsi zərurəti bu dəmir yolunun dəyərini minimum 3-5 milyard dollar edəcək. Ermənistanın Rusiya ilə dəmir yolu əlaqəsi qurmağının yeganə yolu bizdən keçir. Çünki separatçı Abxaziyadan keçən ənənəvi marşrut bağlanıb, Gürcüstan hökuməti onu açmaq istəmir. İndi İranla Azərbaycan arasında baş verənlər bizim tərəfimizdən yaranmayıb. İşğal dövründə İran hərbi qüvvələri Azərbaycanın işğal olunmuş ərazisi ilə sərhəd olan ərazidə heç vaxt hərbi təlim keçirməyib. Azərbaycan sərhədinin 132 kilometri işğal altında olub və bu, Azərbaycanla İranın sərhədidir. İran rəsmiləri, o cümlədən çox yüksək vəzifəli şəxslər Ermənistanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt olduğunu bildirirlər.İranda yaşayan azərbaycanlılar bizim millətin bir parçasıdır. Biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların dünyəvi inkişafını təmin etmək üçün hər şeyi edəcəyik.Hər bir azərbaycanlının öz doğma dilində təhsil almaq hüququ vardır. Azərbaycanda 340 məktəbdə tədris rus dilində aparılır. Azərbaycanda 10 gürcü məktəbi var. Gürcüstanda 200-300 minə yaxın azərbaycanlı yaşasa da, burada 116 Azərbaycan məktəbi vardır. İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur.Azərbaycan bütün qonşularla sülh və dostluq münasibətlərinin qurulmasını istəyir. Azərbaycan həmişə öz ləyaqətini, müstəqilliyini, həyat tərzini müdafiə edəcək və heç bir xarici aktora öz standartlarını və iradəsini hökumətimizə və xalqımıza tətbiq etməyə imkan verməyəcək. Azərbaycan ədalətli sülh istəyir. Biz istəyirik onlar başa düşsünlər ki, onlar Qarabağ erməniləri ilə bağlı heç nə deyə bilməzlər və onların Qarabağ erməniləri ilə heç bir əlaqəsi yoxdur. Biz Zəngəzur dəhlizini istəyirik və biz tarixi xəritələr əsasında sərhədlərin delimitasiya olunmasını istəyirik.Azərbaycanda müsəlmanların dininin hansı təriqətinə aid olmalarından - şiə və sünni olmalarından asılı olmayaraq müsəlmanlar arasında tam birlik var. Bizdə məsciddə vəhdət namazı qılınması ilə bağlı nadir təcrübə var ki, sünnilər və şiələr birlikdə ibadət edirlər.Biz bunu borcumuzun bir hissəsi hesab edirik. Çünki əgər belə əlaqələrimiz varsa, biz dostlarımızın öz aralarında dost olmağını istəyirik. Bu, həqiqətən də təhlükəsizliyi, sabitliyi gücləndirmək və iqtisadi faydaları artırmaq üçün əlavə imkanlar yaradır. İndi Avrasiya regionunun daha böyük hissəsində siyasi əməkdaşlıq formatları konfiqurasiyasının müsbət məcrada getdiyini görürük.Tarixdə ilk dəfə olaraq biz Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin mədəniyyət nazirlərini bir araya gətirdik. 100-dən çox ölkə ilk dəfə olaraq toplaşdı. BMT “Bakı Prosesi”ni qəti şəkildə dəstəkləyir. O, mədəniyyətlərarası dialoq üzrə ən mühüm platformalardan biridir. Gürcüstan bizim strateji tərəfdaşımızdır. Gürcüstanla münasibətlərimiz bizim üçün və gürcü dostlarımız üçün strateji əhəmiyyət kəsb edir. Enerji və daşımalar layihələri sahəsində yeni imkanları nəzərə alaraq, birgə əməkdaşlığımızın çox yaxşı nəticələri var. Azərbaycan və Gürcüstan üçün əməkdaşlıq coğrafiyasını, Qara dəniz-Xəzər dənizi əlaqəsini, Mərkəzi Asiya-Avropa əlaqəsini nəzərə alaraq, layihələrin icrasında Ermənistansız da keçinmək mümkündür. Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əvvəlki illərlə müqayisədə daha fəal dialoqun şahidiyik. Sonuncu Zirvə Toplantısı bunun bariz təzahürü idi. Türk dövlətləri arasında əməkdaşlıq Orta Dəhliz layihəsinə əsas töhfə olacaqdır. Çünki coğrafiyaya nəzər saldıqda Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Xəzər dənizinin bu sahilində Azərbaycan, Gürcüstan və Türkiyənin olması əlavə imkanlar yaradır.İtaliya Avropa İttifaqının 9 üzvündən biridir ki, Azərbaycan onunla Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalayıb. Strateji tərəfdaşlığın gündəliyi artır və genişlənir. İtaliya-Azərbaycan Universitetinin yeni binasının tikintisinin maliyyələşdirilməsi nəzərdə tutulub. Avropa ölkələrinin qaz təchizatı ilə bağlı önəmli layihələr. Bolqarıstan və Serbiyanı birləşdirən digər interkonnektor isə gələn ilin sonunda hazır olacaqdır. Hazırda biz Albaniya hökuməti ilə bu ölkənin qazpaylayıcı şəbəkəsinə sərmayə qoyuluşları barədə müzakirələr aparırıq. Albaniyada belə şəbəkə mövcud deyil, çünki Albaniya yalnız tranzit ölkəsidir. Lakin onların da yerli tələbatı təmin etmək üçün qaza ehtiyacı vardır. Digər bir layihə də İon-Adriatik qaz boru kəməri layihəsidir ki, üç Balkan ölkəsini əhatə edir. Lakin bu layihəni həyata keçirmək üçün onda maraqlı olan hər kəs gözləyir ki, Avropa İttifaqı müvafiq addımlar atacaq və layihə ilə bağlı öz mövqeyini bildirəcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.