Sabunçu Tibb Mərkəzində daha bir vəzifəli şəxs işdən çıxarılıb...
Demiryumruq.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, Sabunçu Tibb Mərkəzinin inzibati işlər üzrə direktor müavini Yusif Şirinli tutduğu vəzifədən azad olunub.
Xatırladaq ki, bir neçə gün öncə Sabunçu Tibb Mərkəzinin baş həkimi İlahə Şükürova da tutduğu vəzifədən azad edilib.
Baş redaktor: Anar Əlişahoğlu Telefon: +99499 100 99 23 Telefon: +99477 100 77 23 Email: [email protected] Haqqımızda
© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.