Xəbər lenti
Dəmir yumruq » Manşet » Sloveniya şirkətləri Azərbaycanda yeni investisiya imkanlarında maraqlıdır - Nazir
Manşet / İqtisadiyyat / 19-11-2022, 07:50

Sloveniya şirkətləri Azərbaycanda yeni investisiya imkanlarında maraqlıdır - Nazir

Sloveniya şirkətləri Azərbaycanda yeni investisiya imkanlarında maraqlıdır - Nazir

Sloveniya şirkətləri Azərbaycan hökumətinin yeni layihələr işə salacağını və yeni investisiya imkanlarının yaranmasını gözləyir.

Bunu özəl müsahibəsində bu gün Sloveniyanın iqtisadi inkişaf və texnologiyalar naziri Matyaj Xan deyib.

"Hökumətin bir sıra yeni investisiya layihələrini işə salması bizi sevindirir. Biz ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün "yaşıl" texnologiyalar və təkrar emal, bərpa olunan enerji mənbələri, telekommunikasiya və İKT, elektron hökumət, tikinti və mühəndislik, kimya və əczaçılıq sənayesi, logistika və nəqliyyat, avtomobil sənayesi, turizm sahələrini perspektivli istiqamətlər kimi görürük", - nazir deyib.

M.Xan əlavə edib ki, Sloveniyada biznes inkişaf edir və bu, son bir neçə il ərzində güclü iqtisadi artıma gətirib çıxarıb.

"Sloveniyada aydın biznes yanaşması, davamlı münasibət və məsuliyyəti olan hər bir şirkət və investor Sloveniyada alqışlanır. Biz stimullaşdırıcı və sabit biznes mühiti təklif edirik. Sloveniya hökuməti islahatlar yolu ilə biznes mühitini daha da yaxşılaşdırmağa çalışır və rəqabətədavamlı, şəffaf, sadə və investorlar üçün əlverişli mühit yaratmaq üçün daim addımlar atır. Adriatik dənizinə birbaşa çıxışı və müasir infrastrukturu ilə Avropanın mərkəzində yerləşən mərkəzi geostrateji mövqeyimiz rəqabət qabiliyyətimiz üçün mühüm amildir", - deyə o bildirib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.