Xəbər lenti
Dəmir yumruq » Manşet » Nazirlik “Microsoft” şirkətinin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətini dayandırmasına münasibət bildirdi
Manşet / İqtisadiyyat / 16-11-2022, 05:48

Nazirlik “Microsoft” şirkətinin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətini dayandırmasına münasibət bildirdi

Nazirlik “Microsoft” şirkətinin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətini dayandırmasına münasibət bildirdi


“Microsoft” şirkətinin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətini dayandırması ilə bağlı səsləndirilən fikirlərlə əlaqədar bildiririk ki, hər bir şirkət fəaliyyət strategiyasını və əhatə dairəsini özü müəyyən edir.

Bu barədə sorğusuya cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

"Bu qərarın səbəblərini aydınlaşdırmaq üçün həmin şirkətə müraciət etməyiniz tövsiyə olunur.

Eyni zamanda diqqətinizə çatdırırıq ki, “Microsoft” nümayəndəliyinin fəaliyyətini dayandırması şirkətlə Azərbaycan hökuməti arasında mövcud əməkdaşlığın dayandırıldığını ifadə etmir.

Hazırda şirkət tərəfdaşları vasitəsi ilə Azərbaycanın dövlət qurumları və özəl şirkətləri ilə əməkdaşlığını uğurla davam etdirir", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, “Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, dünyanın ən nüfuzlu informasiya texnologiyaları nəhənglərindən olan “Microsoft” Azərbaycandakı ofisi bağlanmaq üzrədir. Onun sözlərinə görə, artıq ofisin rəhbəri, əksər işçiləri fəaliyyətini dayandırıblar.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.