Xəbər lenti
Dəmir yumruq » Manşet » “Şuşaya 37 günə enerji vermək mümkün olub”
Manşet / İqtisadiyyat / 7-10-2022, 15:57

“Şuşaya 37 günə enerji vermək mümkün olub”

“Şuşaya 37 günə enerji vermək mümkün olub”

“44 günlük Vətən müharibəsindən sonra “Hadrut” qovşaq yarımstansiyasında aparılan yenidənqurma və bərpa işləri ilə əlaqədar Şuşa şəhərinə qısa müddətdə - 37 günə enerji vermək mümkün olub”.

Bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə jurnalistlərə açıqlamasında deyib.

A. Məmmədzadə qeyd edib ki, hazırda Xocavənd rayonunun Hadrut qəsəbəsində “Hadrut” qovşaq yarımstansiyasının tikintisi davam edir.

Yarımstansiyanın təməli 2021-ci il oktyabrın 9-da Prezident İlham Əliyev tərəfindən qoyulub.

“Şükürbəyli”, “Hadrut” və “Şuşa” yarımstansiyaları arasında yaradılmış 35 kV-luq dairəvi elektrik təchizat sxeminə daxil olan 35/0,4 kV-luq 2x1600 kVA gücündə yeni “Hadrut” qovşaq yarımstansiyası Hadrut qəsəbəsində qurulacaq müxtəlif təyinatlı infrastrukturun elektrik enerjisinə olan tələbatını qarşılayacaq.

“Hadrut” yarımstansiyasının əvəzində tikiləcək müasir tipli bu yeni yarımstansiya Xocavənd rayonunun bir hissəsinin, Şuşa və ətraf ərazilərin elektrik təchizatının etibarlılığını və dayanıqlılığını təmin edəcək. Yarımstansiyada Rəqəmsal Elektrik Şəbəkələrinin İdarəolunması Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin artırılmasına zəmin yaradacaq. Zərurət yaranarsa, “Hadrut” qovşaq yarımstansiyası vasitəsilə Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını da elektrik enerjisi ilə təchiz etmək mümkün olacaq.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.