Dünya Bankı Azərbaycana "Orta Dəhliz"də potensialının inkişaf etdirilməsinə kömək edəcək.
Bunu Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sara Maykl deyib.
"İndi biz Azərbaycanda regional əlaqəyə, xüsusilə Salyan və Biləsuvar şəhərləri arasında avtoboil yolu əlaqəsinə yönəlmiş bir neçə nəqliyyat layihəsi həyata keçiririk. Biz Transxəzər dəhlizi çərçivəsində də texniki yardım göstərməyə hazırıq", - deyə S.Maykl bildirib.
Bundan əlavə, o, digər maliyyə və bank sektoru kimi digər əməkdaşlıq sahələrini də qeyd edib.
"Maliyyə sektorunun idarə edilməsi sahəsi son 30 ildə Azərbaycanla əməkdaşlığımızın əsas hissəsi olub. Xüsusilə, bu müddət ərzində biz Mərkəzi Bank və Maliyyə Nazirliyi ilə sıx əməkdaşlıq etmişik", - deyə S.Maykl bildirib.
Nümayəndəliyin rəhbəri əlavə edib ki, Dünya Bankı Azərbaycana potensialının artırılması üzrə texniki yardım göstərməyə davam edəcək.