Xəbər lenti
Dəmir yumruq » Manşet » Bakı-Moskva təyyarəsində texniki problem aradan qaldırılıb
Manşet / İqtisadiyyat / Cəmiyyət / 14-08-2022, 07:04

Bakı-Moskva təyyarəsində texniki problem aradan qaldırılıb

Bakı-Moskva təyyarəsində texniki problem aradan qaldırılıb

Ekipaj üzvləri və mühəndis-texniki heyəti tərəfindən təyyarəyə baxış keçirildikdən sonra səbəb müəyyən edilib - sensorların nasazlığını düzgün əks etdirməyən xəbərdarlıq siqnalı. Hava gəmisinin tam saz vəziyyətində və uçuşa hazır olması qərarı qəbul edilib.

AZAL-dan verilən məlumata görə, reysin sərnişinləri Bakıdan Moskvaya eyni təyyarə ilə yola düşəcəklər.

AZAL-ın uçuş heyətinin hərəkətləri aviaşirkətin ən mühüm vəzifəsi olan sərnişinlərin tam təhlükəsizliyinin təmin edilməsi ilə əsaslanır.

XXX

09:15

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

AZAL-dan verilən məlumata görə, təyyarə saat 08:08-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sərnişinlər digər təyyarə ilə Moskvaya yola düşəcəklər.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.