Xəbər lenti
Dəmir yumruq » Manşet » DB offşor külək enerjisində Azərbaycana maliyyə və texniki dəstək göstərir
Manşet / İqtisadiyyat / 9-07-2022, 06:41

DB offşor külək enerjisində Azərbaycana maliyyə və texniki dəstək göstərir

DB offşor külək enerjisində Azərbaycana maliyyə və texniki dəstək göstərir

Dünya Bankı offşor külək enerjisi üzrə Azərbaycanla əməkdaşlıq çərçivəsində həm maliyyə, həm də texniki dəstək göstərir.

Bunu Dünya Bankının (DB) Azərbaycan üzrə regional meneceri Sara Maykl deyib.

Onun sözlərinə görə, offşor külək enerjisi üzrə "yol xəritəsi" dəniz külək enerjisi potensialını öyrənən edən ilk tədqiqatdır.

"Biz gözləyirik ki, hökumət üçün növbəti addım müxtəlif imkanlar və ssenariləri nəzərdən keçirmək olacaq. Aşağı artım ssenarisinin təhlili dəniz külək enerjisinin mülayim genişlənməsini nəzərdə tutur. Yüksək artım ssenarisi daha iddialı genişlənmə nəzərdə tutur", - deyə S.Maykl bildirib.

Regional menecer vurğulayıb ki, bu tərəfdaşlıq bir sıra tərəflərlə əməkdaşlığı ehtiva edir.

"Biz müxtəlif tədqiqatlar və pilot layihələr üzərində işləməyə hazırıq. Dünya Bankı bu əməkdaşlıq çərçivəsində Azərbaycana həm maliyyə, həm də texniki dəstək göstərir", - deyə S.Maykl əlavə edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.