Xəbər lenti
Dəmir yumruq » Manşet » Azərbaycanda nağdsız ödənişlərin 88 faizi təmassız həyata keçirilir
Manşet / İqtisadiyyat / 16-06-2022, 16:07

Azərbaycanda nağdsız ödənişlərin 88 faizi təmassız həyata keçirilir

Azərbaycanda nağdsız ödənişlərin 88 faizi təmassız həyata keçirilir

Azərbaycanda nağdsız ödənişlərin 88 faizi təmassız həyata keçirilir.
Bunu Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli ödəniş sistemlərinin inkişafı şöbəsinin mütəxəssisi Rəşad Qasımov Bakıda keçirilən maliyyə texnologiyaları sammitində deyib.

Onun sözlərinə görə, bu artıma ölkədə "Apple Pay" və digər analoji həllərin işə salınması səbəb olub.

"Pul vəsaitlərinin köçürülməsinin 73 faizi elektron bankçılığın payına düşüb. Mərkəzi Bankın strategiyasına uyğun olaraq 2023-cü ilədək hüquqi bazanı optimallaşdırmaq, rəqəmsal infrastrukturu genişləndirmək, əhalinin innovativ alətlər barədə məlumatlandırılması işini aparmaq nəzərdə tutulur", - deyə o bildirib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.