Xəbər lenti
Dəmir yumruq » Manşet » PAŞA Həyat “Teknofest”in innovativ tərəfdaşıdır!
Manşet / İqtisadiyyat / 25-05-2022, 14:58

PAŞA Həyat “Teknofest”in innovativ tərəfdaşıdır!

PAŞA Həyat “Teknofest”in innovativ tərəfdaşıdır!

Hər zaman innovativ həlləri ilə sığorta bazarında liderliyini qoruyan PAŞA Həyat Azərbaycanda ilk dəfə keçiriləcək Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “Teknofest”in innovativ tərəfdaşıdır.

“Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalının Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsi iki qardaş ölkə arasındakı dostluğun daha da möhkəmlənməsi həmçinin strateji əhəmiyyət kəsb edən bir addımdır. Tədbir “Türkiyə Texnologiya Komandası” – T3 Fondu və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunur.
PAŞA Həyat-ın məqsədlərindən biri də Azərbaycanda inkişaf etməkdə olan innovasiya yeniliklərini daima yaxından izləmək, startapların inkişafına dəstək olmaqla yanaşı onlarla müxtəlif əməkdaşlıqlar çərçivəsində irəliləməkdir.

“PAŞA Həyat Sığorta” ASC olaraq biz ölkəmizin ev sahibliyi etdiyi və bütün dünyaya səs salan “Teknofest” Festivalının innovativ tərəfdaşı olmaqdan qürur duyuruq”,– şirkətin Marketinq mərkəzinin rəhbəri Ruslan Ələkbərov vurğulayıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.