XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi dünya standartlarına cavab verən Elm Laboratoriyaları Mərkəzinin açılışını reallaşdırıb!
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi dünya standartlarına və beynəlxalq kurikulumların təhlükəsizlik daxil olmaqla bütün mövcud tələblərinə tam cavab verən, müasir cihaz və avadanlıqlarla təchiz olunmuş Elm Laboratoriyaları Mərkəzinin açılışını həyata keçirib. “STEAM Hub” olaraq adlandırılan laboratoriyada şagirdlərin hərtərəfli inkişafı üçün yüksək şərait yaradılıb.
Müasir dövrün tələblərinə cavab verən “ STEAM Hub” elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələrini birləşdirən laboratoriyada şagirdlər elmi təcrübələr, sınaqlar apararaq araşdırma, kəşfetmə, tənqidi düşünmə kimi 21-ci əsr bacarıqlarını inkişaf etdirə biləcəklər.
Açılışda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini, "PAŞA Bank” ASC-nin "Komplayns və idarəetmə" blokunun baş direktoru və digər qonaqlar iştirak ediblər.
Qeyd edək ki, laboratoriya Sahibkarlığın İnkişafı Fondunun və “PAŞA Bank” ASC-nin maliyyə dəstəyi nəticəsində qurulub.
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə Şurasının Sədri Fərhad Qaraşov tədbirin açılışını edərək, qırmızı lent kəsib. Sonra qonaqlar laboratoriyada fizika, kimya, biologiya, STEAM otaqlarını gəzərək, şagirdlərin apardığı təcrübələr, hazırladıqları işlərlə tanış olublar. Yeni qurulmuş laboratoriyanı gəzdikdən sonra qonaqlar da öz təəssüratlarını bölüşüblər.
Xatırladaq ki, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi ölkənin ilk özəl məktəblərindən biri kimi 2001-ci ildə təsis edilib. Hazırda 3-17 yaşlı uşaqların Azərbaycan, rus və ingilis bölmələrində milli və tanınmış beynəlxalq kurikulumlar (Kembric) üzrə təhsil aldığı ən qabaqcıl tədris mərkəzlərindən biridir. Mərkəzdə 500-dən çox şagird təhsil alır.
Mərkəz haqqında ətraflı məlumat əldə etmək üçün: https://www.21century.edu.az/az/about/