Xəbər lenti
Dəmir yumruq » Manşet » Keyfiyyət infrastrukturu sahəsində dövlət-özəl tərəfdaşlığı genişlənir
Manşet / İqtisadiyyat / 5-05-2022, 16:45

Keyfiyyət infrastrukturu sahəsində dövlət-özəl tərəfdaşlığı genişlənir

Keyfiyyət infrastrukturu sahəsində dövlət-özəl tərəfdaşlığı genişlənir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandumda tərəflər arasında texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, metrologiya, akkreditasiya və ümumilikdə keyfiyyət infrastrukturu sahəsində işlərin təşkili və təkmilləşdirilməsi sahəsində əməkdaşlıq nəzərdə tutulur.

Sənəddə, həmçinin əməkdaşlıq çərçivəsində araşdırma və tədqiqatlar yolu ilə yeni texniki normativ sənədlərin işlənib hazırlanması, onların beynəlxalq standartlara və yerli tələbata uyğunlaşdırılması məsələləri də əksini tapıb.

Keyfiyyət infrastrukturu sahəsinə marağın və məsuliyyətin artırılması məqsədilə keyfiyyət üzrə “Milli Mükafat”ın təsis edilməsi və qabaqcıl müəssisələrin mükafatlandırılması da sənəddə qeyd olunub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.