Azərbaycanda investisiya fəaliyyətinin həyata keçirilməsi formaları müəyyən edilir.
Bu barədə məsələ “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, investisiya fəaliyyəti aşağıdakı formalarda həyata keçirilə bilər:
- hüquqi şəxslərin yaradılması və yenidən təşkili;
- hüquqi şəxslərdə iştirak paylarının (səhmlərin) əldə edilməsi;
- xarici hüquqi şəxsin Azərbaycan Respublikasında filial və nümayəndəliyinin təşkili;
- fərdi sahibkarlıq;
- investisiya fəaliyyətinin həyata keçirilməsinə dair müqavilənin bağlanması;
- əmlakın, o cümlədən əmlak hüquqlarının və pul dəyəri olan digər hüquqların əldə edilməsi;
- bu Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktlarda qadağan olunmayan digər formalar.