Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə görüşüb.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
O qeyd edib ki, görüşdə Azərbaycanda sosial-iqtisadi inkişaf, birgə layihələrin icrası və regionda gedən proseslərin ölkə iqtisadiyyatına mümkün təsirləri barədə müzakirələr aparılıb.