Xəbər lenti
Dəmir yumruq » Manşet » NATO ölkələrinin XİN rəhbərləri toplanacaq
Manşet / Siyasət / Dünya / 31-03-2022, 09:53

NATO ölkələrinin XİN rəhbərləri toplanacaq

NATO ölkələrinin XİN rəhbərləri toplanacaq

Aprelin 6-7-də NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçiriləcək.

Bu barədə Alyansın saytında məlumat yayılıb.

Bildirilib ki, iclas NATO-nun Brüsseldəki baş qərargahında baş tutacaq.

NATO-nun Baş katibi Yens Stoltenberqin rəhbərlik edəcəyi iki sessiyadan ibarət iclasın birinci hissəsinə Avstraliya, Finlandiya, Gürcüstan, Yaponiya, Koreya Respublikası, Yeni Zelandiya, İsveç və Ukraynanın xarici işlər nazirləri, habelə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi dəvət olunublar.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.