Dəmir yumruq » Manşet » Cəbrayıldakı mina partlayışları ilə bağlı - XİN-dən açıqlama
Manşet / Siyasət / 8-10-2026, 22:47

Cəbrayıldakı mina partlayışları ilə bağlı - XİN-dən açıqlama

 

*Bu gün Cəbrayıl rayonunda ata və oğul mina partlayışı nəticəsində ağır xəsarət alıb. Bu insidentlə 2020-ci il müharibəsi başa çatandan sonra Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb”.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
 
“Bu dəhşətli hadisə minaların günahsız insanların həyatına son qoymaqda və ağır xəsarətlər yetirməkdə davam edən ölümcül və ayrı-seçkilik qoymayan təhlükəsini bir daha nümayiş etdirir.
 
Azərbaycan minaların yaratdığı davamlı təhlükəni kəskin şəkildə pisləyir və beynəlxalq ictimaiyyəti Azərbaycandakı minadan təmizləmə fəaliyyətinə daha böyük diqqət ayırmağa çağırır”, - deyə paylaşımda bildirilib.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.