Dəmir yumruq » Manşet » "Tək millət, iki dövlət” prinsipini hədəf alırlar” - Rəsmi Ankara hərəkətə keçdi
Manşet / Siyasət / 10-10-2026, 07:30

"Tək millət, iki dövlət” prinsipini hədəf alırlar” - Rəsmi Ankara hərəkətə keçdi

 

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) Türkiyə və Azərbaycan arasındakı sarsılmaz əlaqələri hədəf alan qərəzli kampaniyalara dair təcili xəbərdarlıq yayıb.
 
Demiryumruq.az xəbər verir ki, mərkəzin sosial şəbəkə hesablarında yayımlanan rəsmi bəyanatda bəzi beynəlxalq media qurumlarında və sosial şəbəkə hesablarında iki ölkənin strateji müttəfiqliyini və “Tək millət, iki dövlət” prinsipini hədəf alan məqsədli məzmunların aşkar edildiyi bildirilib.
 
Açıqlamada sözügedən paylaşımların iki dost və qardaş ölkə arasındakı köklü əlaqələri zədələməyi, regional sülh və sabitliyi pozmağı hədəfləyən açıq bir qavrayış əməliyyatı olduğu vurğulanıb:
 
“Türkiyə və Azərbaycan ortaq tarix, mədəniyyət və sarsılmaz qardaşlıq təməlində yüksələn münasibətlərini hər sahədə qətiyyətlə davam etdirir. İki ölkə arasındakı strateji tərəfdaşlıq, atılan birgə addımlar və həyata keçirilən əməkdaşlıqlar üzərindən manipulyativ bəyanatlarla ictimaiyyəti yanılmaq cəhdləri məqsədinə çata bilməyəcək. İctimaiyyətdən bu cür psixoloji müharibə xarakterli məzmunlara etibar etməmək, yalnız rəsmi mənbələrin açıqlamalarını diqqətə almaq xahiş olunur”.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.