Xəbər lenti
Dəmir yumruq » Manşet » Bakı Limanı regional nəqliyyat qovşağına çevrilə bilər
Manşet / İqtisadiyyat / 30-03-2022, 16:13

Bakı Limanı regional nəqliyyat qovşağına çevrilə bilər

Bakı Limanı regional nəqliyyat qovşağına çevrilə bilər

Bakı Beynəlxalq Dəniz Ticarət Limanını region ölkələri üçün nəqliyyat qovşağına çevirmək planlaşdırılır.

Bunu Bakı limanının baş direktoru Taleh Ziyadov ADA Universitetində keçirilən beynəlxalq konfrans zamanı deyib.

Onun sözlərinə görə, bunun üçün daxili infrastrukturu inkişaf etdirmək, qonşu ölkələrlə nəqliyyat əlaqələrini genişləndirmək, eləcə də beynəlxaıq bazarlara çıxış əldə etmək lazımdır.

"Biz daşımaları qlobal səviyyəyə çıxarmağa xidmət edəcək nəqliyyat qovşağının yaradılmasını istəyirik", - deyə o bildirib.

T.Ziyadov qeyd edib ki, Azərbaycan neft gəlirlərini səmərəli şəkildə bölüşdürərək özünün çoxtərəfli gələcəyini inşa etməkdədir.

O əlavə edib ki, Qafqaz regionu ölkələri arasında növbəti 10 il ərzində qlobal ticarətdə yaxşı ticari-iqtisadi dinamika olacaq.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.