Dəmir yumruq » Manşet » Azərbaycan qaz tədarükü ilə bağlı müxtəlif ölkələrdən müraciətlər alır - Nazir müavini
Manşet / İqtisadiyyat / 30-03-2022, 16:11

Azərbaycan qaz tədarükü ilə bağlı müxtəlif ölkələrdən müraciətlər alır - Nazir müavini

Azərbaycan qaz tədarükü ilə bağlı müxtəlif ölkələrdən müraciətlər alır - Nazir müavini

Azərbaycan xarici tərəfdaşlarının təbii qaz tələbatının maksimum təmin olunmasını hədəfləyir.

Bunu energetika nazirinin müavini Elnur Soltanov deyib.

O bildirib ki, müxtəlif ölkələrdən Azərbaycan qazının idxalı üçün müraciətlər daxil olur.
"Məlum olduğu kimi, biz əsasən boru xətləri vasitəsilə qaz ixrac edirik. Amma alternativ yollarla nəql üçün də işlər aparılır. Azərbaycan qazına tələb böyükdür, bu, böyük məsuliyyətdir və ölkəyə əlavə investisiyaların cəlb olunması üçün işlər aparılır", - deyə o bildirib.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.