Xəbər lenti
Dəmir yumruq » Manşet » 2050-ci ilədək Azərbaycanın azad edilmiş əraziləri tamamilə "yaşıl zona"ya çevriləcək - Nazir müavini
Manşet / İqtisadiyyat / 30-03-2022, 15:46

2050-ci ilədək Azərbaycanın azad edilmiş əraziləri tamamilə "yaşıl zona"ya çevriləcək - Nazir müavini

2050-ci ilədək Azərbaycanın azad edilmiş əraziləri tamamilə "yaşıl zona"ya çevriləcək - Nazir müavini

Azərbaycanın qaz tədarükünü artırması üçün imkanlar var, amma bu, qarşılıqlı səylər tələb edir.

Bunu energetika nazirinin müavini Elnur Soltanov ADA Universitetində keçirilən beynəlxalq konfrans zamanı deyib.

"Azərbaycan regionumuzda başlıca enerji ehtiyatları tədarükçüsüdür. Azərbaycanın daxili bazarında təbii qazın hasilatı və istehlakı artır və bu, həm dövlət, həm də SOCAR şirkəti üçün yaxşıdır", - E.Soltanov deyib.

Nazir müavini əlavə edib ki, növbəti 10 il ərzində Azərbaycanda bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır.

"2050-ci ilədək Azərbaycanın azad edilmiş əraziləri tamamilə "yaşıl zona"ya çevriləcək", - deyə o bildirib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.