Belçikanın paytaxtı Brüsseldə NATO dövlət və hökumət başçılarının görüşü başlayıb.
Sammit Alyansın mənzil-qərargahında keçirilir.
İclasda 30-a yaxın ölkənin nümayəndələri iştirak edir.
Tədbirin əsas mövzusu Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatlar olacaq.
Ukrayna prezidenti Volodimir Zelenskinin video formatda çıxışı planlaşdırılır.
Qeyd olunur ki, iclasdan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronla görüşüb və Ukraynadakı vəziyyəti müzakirə edib.