Xəbər lenti
Dəmir yumruq » Manşet » Prezident İlham Əliyev Yunanıstan Prezidentini təbrik edib
Manşet / Siyasət / 24-03-2022, 10:01

Prezident İlham Əliyev Yunanıstan Prezidentini təbrik edib

Prezident İlham Əliyev Yunanıstan Prezidentini təbrik edib

Prezident İlham Əliyev Yunanıstan Prezidenti Katerina Sakellaropuluya təbrik məktubu göndərib.
Məktubda deyilir: "Hörmətli xanım Prezident,

Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram.

Ümidvaram ki, xalqlarımızın mənafeləri naminə Azərbaycan ilə Yunanıstan arasındakı münasibətlərin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza əmin-amanlıq və rifah arzulayıram".

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.