2022-ci ilin yanvar-fevral ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 774,7 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, dəyərin 733,5 milyon manatı heyvandarlıq, 41,2 milyon manatı bitkiçilik məhsullarının payına düşür.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,1 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,5 faiz, bitkiçilik m əhsulları üzrə 14,1 faiz artmışdır.