Avropa İttifaqı ölkələrinin xarici işlər və müdafiə nazirləri Aİ-nin tarixində ilk dəfə iki ildən artıqdır hazırlanan "Aİ-nin Strateji Kompası" müdafiə konsepsiyasını təsdiqləyiblər.
Bu barədə "TASS"a diplomatik mənbə xəbər verib.
Məlumata əsasən, "Aİ-nin Strateji Kompası" xüsusilə Avropa İttifaqı tərəfindən sayı 5 min nəfərə qədər olan Çevik Hərəkat Dəstəsinin yaradılmasını nəzərdə tutur.
Sözügedən konsepsiyanın yekun qəbulu Aİ-nin martın 24-25-də keçiriləcək sammitində baş tutacaq.