Xəbər lenti
Dəmir yumruq » Manşet » Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrinə başsağlığı verib
Manşet / Siyasət / 21-03-2022, 17:59

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrinə başsağlığı verib

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrinə başsağlığı verib

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı verib.

Başsağlığında deyilir: "Çinin cənubunda “China Eastern Airlines” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.