Xəbər lenti
Dəmir yumruq » Manşet » Pakistanın Baş naziri Azərbaycanın müdafiə nazirini qəbul edib
Manşet / Siyasət / 21-03-2022, 17:56

Pakistanın Baş naziri Azərbaycanın müdafiə nazirini qəbul edib

Pakistanın Baş naziri Azərbaycanın müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətinin Pakistana rəsmi səfəri çərçivəsində martın 21-də general-polkovnik Zakir Həsənovla Pakistanın Baş naziri cənab İmran Xan arasında görüş keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin səmimi dostluq münasibətlərinin mühüm rol oynadığı vurğulanıb.

Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyini qeyd edən general-polkovnik Z.Həsənov Azərbaycanın ədalətli mövqeyini beynəlxalq təşkilatlar daxil olmaqla bütün səviyyələrdə dəstəklədiyinə görə Pakistan rəhbərliyinə və xalqına minnətdarlığını bildirib.

Sonda ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, eləcə də hərbi əməkdaşlıq sahəsində inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.