Xəbər lenti
Dəmir yumruq » Manşet » “Özünü qurban rolunda göstərirdi...” - Putinin bədən dili nə deyir?
Manşet / Dünya / 20-03-2022, 18:33

“Özünü qurban rolunda göstərirdi...” - Putinin bədən dili nə deyir?

“Özünü qurban rolunda göstərirdi...” - Putinin bədən dili nə deyir?

Rusiya Prezidenti Vladimir Putinin Krımın ilhaqının 8-ci ildönümü ilə bağlı Moskvada “Lujniki” arenasında keçirilən mitinqə qatılması və oradakı çıxışı Qərb mediasında xeyli müzakirələrə səbəb olub. Ukraynadakı əməliyyatın məqsədinin insanları soyqırımından qurtarmaq olduğunu vurğulayan Putin, hətta müqəddəs “İncil” kitabından sitat da gətirib.

Dünyaca məşhur bədən dili mütəxəssisi Cudi Ceyms (Judi James) Putinin məlum tədbirdə bədən dilini şərh edib.

Mütəxəssis qeyd edib ki, Putin özünü “duyğusal, məntiqli və vətənsevər insan” kimi təqdim etməyə çalışıb. Ceyms, Putinin şüarlar səsləndirilən zaman çıxışını saxlamasını duyğusal vəziyyət yaratmaq istəməsi ilə əlaqələndirib.



Qurban rolunda

Putinin “İncil”iki dəfə sitat gətirdiyini deyən Cudi Ceyms, Rusiya liderinin az qala göz yaşlarına boğularaq danışdığını vurğulayıb. Putinin özünü qurban rolunda göstərdiyini və bunun işə yaradığını bildirən bədən dili mütəxəssisi fikirlərinə belə davam edib: “Dramatik anlarda üz ifadəsi üzgün bir hal alır və qaşları çatılırdı. Dodaqlarını geri çəkir və hüzünlü görünürdü. İştirakçılardan istədiyi cavabı almış kimi görünürdü, çünki onu dəstəkləyir və “Rusiya” deyərək şüarlar səsləndirirdilər”.



İtalyan gödəkçəsi

Rusiyalı liderin geyindiyi “Loro Piana” markasından olan gödəkçə həm qiymət, həm də İtaliya brendi olmasına görə tənqid olunub. 1,5 milyon rubl (12 min dollar) dəyərində olan gödəkçənin qiymətinin orta statistik bir Rusiya vətəndaşının gəlirinin 25 qatı olduğu bildirilir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.