Xəbər lenti
Dəmir yumruq » Manşet » Biləsuvarın sabiq icra başçısı 11 il azadlıqdan məhrum edilib
Manşet / Hadisə / 19-03-2022, 12:14

Biləsuvarın sabiq icra başçısı 11 il azadlıqdan məhrum edilib

Biləsuvarın sabiq icra başçısı 11 il azadlıqdan məhrum edilib

Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakının Sabunçu rayon Məhkəməsinin inzibati binasında, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrlik etdiyi prosesdə vəkil Leyla Məmmədova müdafiə çıxışı edib.
Vəkil çıxışında məhkəmədən təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza təyin etməyi xahiş edib.
Mahir Quliyev də son sözündə vəkilinin çıxışını müdafiə edib.

Prosesdə hökm oxunub. Hökmə əsasən, Mahir Quliyev 11 il müddətinə azadlıqdan məhrum olunub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.