Bu şanlı qələbə həm türk millətinin, həm də gözünü, qəlbini ölkəmizə çevirmiş məzlum xalqların qələbəsidir. Yanımızdakı məzar daşlarına baxdıqda bu həqiqəti çox açıq şəkildə görə bilərik.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala zəfərinin 107-ci ildönümü ilə bağlı mərasimdə çıxışı zamanı deyib.
“Burada təkcə Türkiyənin hər vilayətindən, hər mahalından, demək olar ki, hər kəndindən gəlmiş qəhrəmanların məzarları deyil, eyni zamanda burada yurdumuzun dörd bir yanından gəlib burada torpağa düşən şəhidlərin məzarları da var.
Bakı, Hələb, Qəzza, Qüds, İstanbul, Ankara, Çorum, Yozqat, Antep, Mardin, Ədirnə övladları 107 ildir bu müqəddəs torpaqlarda birlikdə uyuyur”, - Ərdoğan bildirib.