İqtisadiyyatın şaxələndirilməsi və investisiyaların təşviqi ilə bağlı görülən işlər qeyri-neft-qaz sektoru üzrə ÜDM-ə müsbət təsir göstərib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində bildirib.
"Bu göstərici cari ilin yanvar-fevral aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1% artaraq 9.689,9 mln. manata çatıb", - nazir vurğulayıb.