Xəbər lenti
Dəmir yumruq » Manşet » Deputatın “AQTA göyərti satanı 1400 manat cərimələyib” iddiasına - Rəsmi cavab
Manşet / İqtisadiyyat / 16-02-2022, 18:38

Deputatın “AQTA göyərti satanı 1400 manat cərimələyib” iddiasına - Rəsmi cavab

Deputatın “AQTA göyərti satanı 1400 manat cərimələyib” iddiasına - Rəsmi cavab

Parlamentin ötən gün keçirilən plenar iclasında deputat Tahir Kərimli Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini tənqid edən fikirlər səsləndirib. “Yaxınlarda mənə məlum oldu, AQTA Yasamalda göyərti satanı 1400 manat cərimə edib. Göyərti satan sənin 1400 manat cəriməni nə vaxt qaytaracaq? İnsaflı olmaq lazımdır ax​ı”, - millət vəkili iddia edib.

Qida Təhlükəsizliyi Agentliyi deputatın fikirləri ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, Tahir Kərimlinin Agentliyin fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlər araşdırılıb:

“Nəzərinizə çatdırırıq ki, qanunsuz küçə ticarətinə nəzarət AQTA-nın fəaliyyət sahəsinə daxil deyil. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsində qida təhlükəsizliyi ilə bağlı pozuntulara görə, ümumiyyətlə, 1400 manat məbləğində cərimə tətbiqi anlayışı yoxdur. Bugünədək Agentliyin yoxlama-nəzarət tədbirləri çərçivəsində heç bir tərəvəz məhsullarının satışı ilə məşğul olan şəxsə 1400 manat məbləğində cərimə tətbiq olunmayıb. Bununla bağlı əlavə sorğulara cavab verməyə hazırıq.

Qeyd edək ki, AQTA özünün funksional vəzifə səlahiyyətlərinə uyğun olaraq, qida zənciri boyu qida təhlükəsizliyinin təmin olunması ilə bağlı qanunvericilik çərçivəsində nəzarət və tənzimləmə fəaliyyətini həyata keçirir”.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.