Ötən il Astara rayonunda iqtisadiyyatın əsas sahələri (sənaye, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, tikinti, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, ticarət; nəqliyyat vasitələrinin təmiri) üzrə istehsal olunmuş məhsul və xidmətlər əvvəlki illə müqayisədə 8,5 faiz artıb. İstehsal edilmiş məhsul və xidmətlərin rayon əhalisinin hər nəfərinə düşən dəyəri 1915,2 manat təşkil edib.
Bu barədə Astara Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu dövrdə rayonda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində ümumi məhsulun 41,7 faizi qədər, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 31,7, sənayedə 15,4, tikintidə 9,7, nəqliyyat və anbar təsərrüfatı sahələrində 1,0, informasiya və rabitə sahələrində isə 0,5 faiz məhsul istehsal olunub və xidmətlər göstərilib.
Əvvəlki illə müqayisədə tikintidə 25,7, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 8,5, sənayedə 6,9, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 4,6, nəqliyyat və anbar təsərrüfatı sahələrində 4,1, informasiya və rabitə sahələrində 1,7 faiz artım qeydə alınıb.