Xəbər lenti
Dəmir yumruq » Manşet » Ötən il Şəkidə 225 yeni iş yeri açılıb
Manşet / İqtisadiyyat / 3-02-2022, 19:15

Ötən il Şəkidə 225 yeni iş yeri açılıb

Ötən il Şəkidə 225 yeni iş yeri açılıb

Regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində 2021-ci ildə Şəki rayonunda 225 yeni iş yeri açılıb. İş yerlərinin 140-ı mövcud müəssisə və təşkilatlarda yaradılıb.

Bu barədə Şəki Şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, 2022-ci il yanvarın 1-i vəziyyətinə rayonda muzdlu işçilərin sayı 20 min 340 nəfər olub. Onlardan 1230 nəfəri sənaye, 807 nəfəri kənd və meşə təsərrüfatları, balıqçılıq, 8013 nəfəri təhsil, 2453 nəfəri səhiyyə və sosial xidmətlərin göstərilməsi, 950 nəfəri dövlət idarəetməsi, sosial təminat, 505 nəfəri tikinti, 280 nəfəri informasiya və rabitə, qalanları isə digər sahələrdə işləyirlər

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.