Xəbər lenti
Dəmir yumruq » Manşet » Ötən il muxtar respublikada sığorta növləri üzrə daxilolmalar 8 milyon 495 min manatdan çox olub
Manşet / İqtisadiyyat / 1-02-2022, 19:37

Ötən il muxtar respublikada sığorta növləri üzrə daxilolmalar 8 milyon 495 min manatdan çox olub

Ötən il muxtar respublikada sığorta növləri üzrə daxilolmalar 8 milyon 495 min manatdan çox olub

Muxtar respublikada bütün sahələr kimi, sığorta sahəsinin inkişafı diqqətdə saxlanılıb, ötən il muxtar respublikada sığorta növləri üzrə daxilolmalar 8 milyon 495 min 600 manat olub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bunun 1 milyon 574 min 200 manatını könüllü, 6 milyon 921 min 400 manatını isə icbari sığorta təşkil edib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən 2021-ci il 24 may tarixdə “Naxçıvan Muxtar Respublikasında dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. Həmin dövlət sənədi bu sahənin yeni mərhələdə inkişafına yol açıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.