“2021-ci ilin sonuna sənaye zonalarında ixracın həcmi əvvəlki illə müqayisədə 2,7 dəfə artaraq 959,3 milyon manat təşkil edib”.
Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabında yazıb.
“Ötən il sənaye zonalarında istehsal olunan məhsulların qeyri-neft ixracında payı 20,8 %-ə çatıb ki, bu da 2020-ci il (11,4 %) və 2019-cu il (9,6 %) ilə müqayisədə daha yüksək göstəricidir. Qeyri-neft sənaye ixracında həmin göstərici 30,8 % təşkil edir”, - deyə nazir qeyd edib.
https://www.facebook.com/photo.php?fbid=472109640952800&set=a.472110390952725&type=3