Xəbər lenti
Dəmir yumruq » Manşet » Azərbaycanda 4-cü doza tələbi nə vaxt olacaq?
Manşet / Cəmiyyət / 27-01-2022, 18:49

Azərbaycanda 4-cü doza tələbi nə vaxt olacaq?

Azərbaycanda 4-cü doza tələbi nə vaxt olacaq?

Azərbaycanda epidemioloji vəziyyətdən asılı olaraq, peyvəndin 4-cü dozası tələb oluna bilər.

Mediada açıqlamasında həkim-infeksionist Nicat Əzimli deyib.

Həkimin fikrincə, 3 doza vaksin effektiv spesifik immun cavabın formalaşması üçün yetərlidir:

“Lakin bəzən növbəti dozanın tətbiqinə də ehtiyac yarana bilər. Bu da fərdin orqanizminin vəziyyəti, risk faktorları nəzərə alınaraq təyin olunur”.

Nicat Əzimli qeyd edib ki, koronavirusa yoluxmaların sürətlə artmasının əsas səbəbi hazırda yayılmaqda olan hiper-kontaqioz xüsusiyyətli Omikron variantıdır.

Həkim deyib ki, qarşıdakı bir neçə həftə ərzində yoluxmaların sayında artım davam edəcək.

Qeyd edək ki, hazırda İsrail vətəndaşlarına 4-cü dozanı tətbiq edir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.