Dəmir yumruq » Manşet » Baş prokurordan yeni - Təyinatlar
Manşet / Hadisə / Dün, 11:09

Baş prokurordan yeni - Təyinatlar

 

 

Binəqədi və Nizami rayonlarının prokurorlarının yerləri dəyişdirilib. 

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Binəqədi rayon prokuroru Fuad Məmmədov tutduğu vəzifədən azad olunub. O, Nizami rayon prokuroru vəzifəsinə təyin edilib. Həmçinin Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunaraq Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.

Şirvan şəhər prokuroru Kamal Talıbov isə ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib.


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.