Dəmir yumruq » Dünya » Körfəz ölkələrindən İrana sərt xəbərdarlıq
Dünya / Bugün, 12:27

Körfəz ölkələrindən İrana sərt xəbərdarlıq

 

Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Casem Məhəmməd əl-Bədəvi İranın üzv dövlətlərə qarşı təkrarlanan hücumlarını pisləyib.
 
Demiryumruq.az "Azad İran"ın "Telegram" kanalına istinadən xəbər verir ki, əl-Bədəvi bu barədə Manamada keçirilən Şuranın Nazirlər Şurasının iclasında danışıb. O, hücumların üzv ölkələrin suverenliyini və ərazi bütövlüyünü pozduğunu bildirib.
 
Əl-Bədəvi vurğulayıb ki, İranın KƏŞ-ə üzv dövlətlərə qarşı hücumlarına göz yummaq olmaz. Onun sözlərinə görə, bu hərəkətlər həmin ölkələrin təhlükəsizliyi və sabitliyi üçün birbaşa təhdid yaradır.
 
KƏŞ-in baş katibi Hörmüz boğazındakı vəziyyətə də toxunub. O bildirib ki, İranın hərəkətləri boğazda gəmiçiliyin təhlükəsizliyini təhdid edir. Əl-Bədəvinin sözlərinə görə, bu mühüm beynəlxalq su yolundan təzyiq vasitəsi kimi istifadə cəhdləri beynəlxalq ticarət və qlobal enerji təchizatı üçün ciddi risklər yaradır.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.