Dəmir yumruq » Manşet » İlham Əliyev Ukraynanın bu şəhərinin fəxri vətəndaşı elan edildi
Manşet / Hadisə / Bugün, 17:16

İlham Əliyev Ukraynanın bu şəhərinin fəxri vətəndaşı elan edildi

 

Ukraynanın İrpen Şəhər Şurası Azərbaycan Prezidenti İlham Əliyevi şəhərin fəxri vətəndaşı elan edib.
 
Demiryumruq.az xəbər verir ki, bunu İrpen Şəhər Şurasının rəhbəri, şəhərin meri əvəzi Anjela Makeyeva bildirib.
 
Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra Prezident İlham Əliyevin göstərişi ilə bu ölkəyə, o cümlədən İrpen şəhərinə müxtəlif humanitar yardımlar göstərilib.
 
Həmçinin Azərbaycan hökumətinin köməyi ilə İrpendə lisey və şəhər poliklinikası bərpa olunub.
 
Azərbaycan enerji böhranından əziyyət çəkən Ukraynaya 11 yardım paketi göndərilib.
 
Bundan başqa Ukraynanın müharibədən əziyyət çəkən bölgələrindən 500-dən çox uşaq reabilitasiya üçün Azərbaycana gətirlib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.